Əgər niyyətiniz əmək fəaliyyəti məqsədilə uzun müddətli Almaniyada fəaliyyət göstərməkdirsə, Alman dili olmadan bunun mümkün olmadığını bilməlisiniz (bəzi ixtisaslar istisna IT, mühəndislik, texniki sahələr və s.). Xüsusilə tibb sahəsində alman dili biliyi olmadan heç bir bürokratik işlərinizi başlaya və ya vizaya müraciət edə bilmirsiz.
Məqsədli şəkildə öyrənən bir şəxs üçün orta səviyyədə (B2) alman dili öyrənmək 6-8 ay zamana ehtiyac var. Bu sizin özünüzdən, getdiyiniz kursdan yaxud fərdi hazırlaşdığınız müəllimdən asılı olaraq dəyişə bilir.
Alman dilini müxtəlif yollarla öyrənə bilərsiz. Önəmli olan ilkin təməl bilikləri daha professional şəkildə öyrənəsiniz. Bundan sonra əlavə vasitələrdən istifadə edərək daha da təmilləşdirə bilərsiz.
Kurslar vasitəsilə (Azərbaycanda və ya Almaniyada)
Fərdi müəllimlərlə (Offline və ya Online qaydada)
Təkmilləşmə üçün əlavə vasitələr
Youtube kanalları vasitəsilə (Alman dilli, Türk dilli və Rus dilli kanallar)
Telefon App`ları vasitəsilə alman dilli şəxslərlə ünsiyyət (Babbel, Duolingo, Busuu və s.)
Bugün almanca kitab və dinləmə setləri həddindən artıq çoxdur. Online olaraq istədiyiniz səviyyədə kitabları aşağıdakı Telegram qruplarından əldə edə bilərsiz. Bunun kimi sizinlə kitablar paylaşan bir çox qrup mövcuddur.