Əgər Azərbaycan vətəndaşısızsa, Almaniyaya istənilən səfər yalnız VİZA aldıqdan sonra mümkündür. Ən dəqiq məlumatı Almaniya səfirliyinin saytında və ya əməkdaşlıq etdiyi TLScontact əldə edə bilərsiniz. Aşağıda vizanın növünə görə haqqında oxuya bilərsiniz.
Almaniya səfirliyi 01.06.2025 tarixindən etibarən artıq Visametric şirkəti ilə deyil, TLScontact ilə əməkdaşlığa başlamışdır. Bundan sonra Şenqen/Milli vizalara müraciət bu şirkət üzərindən aparılacaqdır. Viza müraciət üçün qəbul vaxtının alınmasındakı çətinliklər hər kəsə məlumdur bu situasiyadan istifadə edən işbazlara ödəniş qarşılığında qəbul vaxtının alınması üçün ödəniş etməməyinizi sizdən xahiş edirik. TLScontact artıq bu cür neqativ halların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyə başlamışdır.