Berufserlaubnis üçün sənədlərinizi verib FSP imtahandan keçdiyiniz müddətdə sizə Gutachter və ya imtahan seçimi etməyiniz üçün sənəd göndərilir. İmtahana girmək istəyənlər bu sənədi imzalayıb və rüsumu ödəyib geri göndərdikdən sonra sizə imtahana girməyiniz üçün Termin verilir.
Termin əyalətdən asılı olaraq 4-6 ay sonra və ya bəzən daha gec 1 il sonra da gələ bilir. Bu həmin əyalətdə həkimlərin müraciət sayından asılı olaraq bu zaman qısa və ya uzun ola bilir. Approbation imatahan bəzi landlarda (Berlin) ildə 2 dəfə bəzi landlarda (Rheinland pfalz, Mecklenburg-Vorpommern) isə ildə bir dəfə olur. Bu da o deməkdir ki, kəsilsəniz növbəti imtahana qədər gözləməli olacaqsız.
Termin adətən imtahandan 4-6 həftə öncə gəlir. Bu o deməkdir ki, imtahan seçimini etdikdən sonra hazırlaşmağa başlamalısız. Çünki Approbation imtahan çətin olduğu üçün zamana ehtiyacınız var. Hazırlıq müddəti təqribən 6 ay davam edə bilir.
İmtahana müraciətdən sonra Termin göndəriləndə sizə imtahanda nə işlər görəcəyinizlə bağlı məlumat da göndəilir.