Stomatologiya ixtisası üzrə Hospitation keçmək
Əgər heç bir təcrübəniz yoxdursa(varsa), CV-niz boşdursa, Almaniyadakı sığorta sistemindən xəbərdar olmaq gələcəkdə həmin sistemdə (Z1, sidex, Evident və s.) rahat işləmək və sırf ixtisas üzrə yeniliklər barədə nəsə öyrənmək istəyirsizsə, Hospitation sizə böyük yardım olacaq. Həm də Hospitationda Almanca anamnez doldurmağı, röntgen analiz etməyi, terminologiyanı öyrənib həkimlərlə müzakirələr etməklə gələcəkdə Fachsprachprüfung(FSP)(ixtisas dil imtahanı) üçün özünüzə baza hazırlaya bilərsiz. Lakin unutmayın ki, Hospitation üçün heç olmazsa, B1 səviyyəsində dil biliyiniz olmalıdır. Bu müddət ərzində müdriyyətin xoşuna gələrsizsə, həmin klinikada sizi işə də götürülmək şansınız da var. Paralel həmin klinikadan işə götürülmək haqqında arayış (zusage) ala bilsəniz elə hospitation keçə-keçə (əlinizdə B2-C1 sertifikat və diplom varsa) FSP imtahanına girə bilər uğurlu olarsa Berufserlaubnis(ixtisas iş icazəsi) belə ala bilərsiz. Lakin iş icazəsi almış olsanız belə əgər Hospitationa Şenqen viza ilə getmisizsə orada işləyə bilməzsiniz. Bunun üçün Bakıya qayıdaraq Milli viza aldıqdan sonra klinikaya qayıdıb işləyə bilərsiz.
Əgər tələbəsizsə, diplom aldıqdan sonra Almaniyada iş tapmaqda və yenidən viza almaqda bu Hospitationun sizə yardımı olacaqdır.
Diqqət! Maddi olaraq sıxıntınız varsa, bu praktikanı keçmək məcburiyyətində
deyilsiz. Bəli, yuxarıda yazdığım kimi müəyyən qədər irəli getməkdə sizə yardımı var. Ancaq öz təcrübəmdən də bilirəm ki, heç zaman hospitation keçmədiyim halda özümə iş də tapa bildim sənədlərimi də qaydasına qoya bildim. Yəni ki praktika bu yolda olmazsa-olmazlardan deyil bütün büdcənizi və gücünüzü buna sərf etmək o qədər də məntiqli deyildir.
Təcrübəli daim işləyən stomatoloq olsanız belə praktika müddətində hüquqi olaraq xəstə ilə bir başa təmasa icazə verilməyəcək.
Klinikalara müraciət üçün sənədlər:
Bewerbung və bewerbung photo
Dil sertifikatı (minimum B1)
Diplom (varsa) tərcüməli
Diploma əlavə (varsa) tərcüməli
Beynəlxalq sertifikatlar (varsa)
Universitetdən arayış tərcümə (tələbələr üçün)
Hansı klinikalara müraciət etməliyəm? Belə bir siyahı var?
Təəssüf ki, bugün belə bir siyahı mövcud deyil - yalnız bəzi klinikalar ödənişli Hospitation (adətən çox baha olur) verdikləri üçün saytlarında yerləşdirə bilirlər. Ödənişli Hospitationlar hər hansı bir mövzunu əhatə edir sizi canlı əməliyyatlara salaraq həmin mövzunu öyrədirlər. Bir növ kurs kimi. Bununla bağlı Endodontik Stomatologiya üzrə 6-8 həftəlik Hospitation verən klinikanı sizinlə nümunə üçün bölüşürəm.
Ödənişsiz Hospitationlar üçün isə klinikalara özünüz yazaraq xahişlə tapırsız. Belə ki, Chef sizə imkan yaradır ki, klinikada onların işləmə konsepti ilə tanış olasız. Hospitation müddətini çox zaman siz müəyyənləşdirirsiz. Adətən qısa müddətli (4-6 həftəlik) müraciət etdiyiniz zaman daha tez müsbət cavab almaq ehtimalınız olur.
Klinikaları googleda çox rahatlıqla tapa bilirsiz saytlarındakı Emailə yuxarıdakı sənədlərlə müraciət edirsiz. Getmək istədiyiniz şəhərin adının qarşısına Zahnarztpraxis yazmaqla klinikalarla tanış ola bilərsiz. Misal: Köln Zahnarztpraxis
Almaniyadakı həkimlərimizin Hospitation tapmaqda yardımı
Almaniyada işləyən bir Stomatoloq olaraq (Parviz Rahimli) bir müddət işlədiyiniz klinikalarda sizə qarşı olan münasibətdən asılı olaraq Azərbaycandan gəlib Almaniyada Hospitation keçmək istəyən tələbə/həkimlərimizə o şəraiti yaratmağın mümkün olduğunu deyə bilərəm. Kiçik bir xahişinizlə rahatlıqla kolleqanıza Hospitation dəvətnaməsi almaq mümkündür. Bu cür referenslərlə bugünə qədər bir çox stomatoloqlarımızın əvvəl işlədiyim klinikalarda Hospitation keçməsinə/işə götürülməsinə nail olmuşam.
Bugün Almaniyada onlarla Stomatoloqlarımız diplomlarını tanıdaraq sərbəst fəaliyyət göstərirlər. Unutmayın ki, onlar da sizin başda çəkdiyiniz əziyyətli yollardan keçdikləri üçün qarşılarındakı insanlara qarşı empati qura bilirlər. Stomatologiyada Hospitation tapmağın çətin olduğunu onlar da anlayırlar.
"Almaniyada Stomatologiya" qrupunda olan bu cür təcrübəli həkimlərimizdən xahiş edərək imkan olduğu təqdirdə onların klinikalarında da Hospitation keçmə imkanı əldə edə bilərsiniz. Yaxud tövsiyyə edəcəkləri klinikalar ola bilər.
Hospitation Vizası
Hospitation vizası Şenqen olaraq alırsınız (3 aydan az). Milli viza olaraq almaq mümkün deyil - QEYD: Praktika ilə Milli viza almaq mümkündür. Lakin Hospitation praktika deyil! Praktikada iş icazəsi almalı və sizə maaş ödənməlidir. Lakin Hospitation üçün iş icazəsinə ehtiyac yoxdur və rəsmi maaş ödənilmir.
Hospitasiya Sizə yeni iş yerinə baxmaq və təcrübə qazanmaq üçün, lakin praktik iş ilə məşqul olmamaq şərti ilə bir imkan yaradır. Bu o deməkdir ki, bir Hospitant məs.: klinikada tibbi müayinələrdə, əməliyyatlarda müşahidəçi qismində iştirak edə bilər, lakin müstəqil şəkildə heç bir tibbi fəaliyyət ilə məs.: xəstələrin müayinəsi və müalicəsi ilə məşğul ola bilməz. Xahiş olunur Şengen vizası üçün müraciətə dair ümumi göstərişləri nəzərə alın. 90 günədək hospitasiya üçün aşağıdakı sənədləri toplamaq lazımdır. Sənədləri toplayarkən bu məlumat vərəqəsindən yoxlama siyahısı kimi istifadə edin
İngilis və ya alman dilində olmayan bütün sənədlər ingilis və ya alman dillərinə tərcümə olunmalıdır.
Xarici pasport
- müraciət edilən vizanın bitəcəyi tarixdən sonra ən az 3 ay etibarlı olmalıdır
- ən az 2 boş səhifəsi olmalıdır
- fotoşəkil olan səhifə və əvvəlki Şengen vizaları, möhürlər və qeydlər olan səhifələrin surətləri
Şəxsiyyət vəsiqəsi (əsli + ön və arxa səhifələrin surəti)
- tam şəkildə doldurulmuş və üç yerdən imzalanmış ərizə-ənket
- aktual biometrik pasport şəkli (3,5 x 4,5 sm)
- viza rüsumu (bax: rəsmi internet səhifəsində „Rüsumlar“a dair məlumatlar )
Səyahət sığorta sənədi (əsli + surəti)
- sığorta ödənişinin minimal məbləği 30.000 € və ya 50.000 $
- bütün Şengen dövlətləri üçün etibarlı olmalı Azərbaycan Respublikasında yaşayan
Azərbaycan vətəndaşlığı olmayan şəxslər
- Azərbaycanda qanuni yaşayışı təsdiq edən sənəd/ yaşamaq haqqında icazə (əsli + surəti)
- müraciət edilən vizanın bitəcəyi tarixdən sonra ən az 3 ay etibarlı icazə
Səfərin məqsədi və qalmaq yerinə dair sübut
- Dəvətnamə və /yaxud Hospitasiya haqqında müqavilə aşağıdakı məlumatlarl əks etdirməklə (əsli + surəti):
- hospitasiyanın həyata keçiriləcəyi müəssisə/klinikaya dair məlumatlar (ünvan, telefon nömrəsi)
- qalmaq müddəti və fəaliyyət sahəsinə dair dəqiq məlumatlar
dil sertifikatı, ən az B1 səviyyəsi (əsli + surəti)
Aşağıdakı məlumatlar əks olunmaqla qalma müddətini tam əhatə edən otel reservasiyası və ya vauçer:
- ərizəçinin adı, soyadı
- qalma müddəti
- otelin əlaqə məlumatları (ünvan, telefon nömrələri) və ya
qalma müddətini tam əhatə edən qeyri-rəsmi dəvətnamə, dəvət edən şəxsə dair məlumatlar və ünvan əks olunmaqla
- dəvət edən şəxsin pasport və şəxsiyyət vəsiqəsinin surəti
- dəvət edən şəxs alman vətəndaşı olmadığı təqdirdə onun yaşamaq haqqında icazəsi
- dəvət edən şəxs alman vətəndaşı olmadığı təqdirdə, onun qüvvədə olan yaşamaq haqqında icazəsi
uçuş / səfər biletlərinin gediş-gəliş üçün iki tərəfli reservasiyası haqqında sübut Səfirlik vizanın əldə edilməsindən əvvəl təyyarə biletlərinin alınmasını qətiyyən məsləhət görmür!
Səfər xərclərinin maliyyələşdirilməsi üçün maddi vəsaitə dair sübut
- bank hesabından və ya kredit kartlarından son 3 ay üzrə çıxarışlar
- mütəmadi gəlirin olmasına dair sübut (maaş hesabından çıxarış, vergi ödənişlərinə dair sənəd)
- səyahət çekləri Azərbaycanda iqtisadi və ailə bağlarınızın olduğunu sübut edən sənədlər (əgər müvafiq sənəd varsa)
- ən yaxın ailə üzvü haqqında sübut (evlilik şəhadətnaməsi, doğum şəhadətnaməsi, şəxsiyyət vəsiqəsinin surəti)
- Daşınmaz əmlaka sahib olmağınıza dair sübut və ya uzunmüddətli kirayə yaxud lizinq razılaşması
- Mütəmadi gəlirin olmasına dair sübut Işləyən şəxslər: iş yerindən elektron arayış və ya iş yerindən rəsmi blank üzərində möhür, imza, tarix və aşağıdakı məlumatlar göstərilən rəsmi arayış: (əsli ingilis dilində və ya Azərbaycan dilində olmaqla ingilis yaxud alman dillərində tərcüməsi ilə)
- müəssisənin tam şəkildə ünvanı, telefonu faks nömrələri
- imzalayan şəxsin adı və vəzifəsi
- işçinin adı, vəzifəsi, məvacibi və işlədiyi müddət
Tələbələr: (əsli və surəti alman və ya ingilis dilinə tərcümə və təsdiq ilə) məktəb və ya ali məktəbə qəbul olmaqları haqqında sübut və ya təhsil artıq bitmişdirsə diplom və diploma əlavə
YADDAŞ VƏRƏQİNİ YÜKLƏ