Almaniyada qısa müddətli (3 aydan az) Şenqen və uzun müddətli (3 aydan çox) Milli kurs vizası alaraq alman dili kursuna qatıla bilərsiz. Aşağıda sizinlə prosesi paylaşacam.
Tövsiyyə edərdim Almaniyada kurs keçmə qərarını verərkən artıq Bakıda müəyyən bir səviyyəyə qədər dil öyrənmiş olasınız. Çünki Səfirlik nə üçün Azərbaycanda kursa qatılmadığınız və dil öyrənmədiyiniz halda bir-başa sıfırdan Almaniyada kursa qatılmağınızı anlayışla qarşılamaya bilər. Yaxşı olardı ki, heç olmazsa, B1 səviyyəyə qədər Azərbaycanda dil öyrəndikdən sonra növbəti səviyyələr üçün Almaniyadakı kurslara müraciət edəsiniz. Bu bir qayda deyil amma viza almağınızı asanlandıracağına inanıram.
Alman dili B1 səviyyəsində olan bir şəxsin ilk edəcəyi iş hansı şəhərdə, hansı kursa və nə qədər müddətlik gedəcəyinə qərar verməsidir. Əgər tələbəsizsə, yay tətilində sadəcə bir neçə aylıq kursa qatılmaq fikrindəsizsə, bunun üçün şenqen vizasına yaxud uzun müddətli Milli vizaya müraciət etmək fikrindəsizsə, qismən fərqli yol izləməli olacaqsız.
Dil kursunu tapırsız - diqqət edin hər dil kursu sizin viza almağınız üçün gərəkli olan şərtləri ödəmir!!! Belə ki, həmin kurs sizi ən az həftədə 20 saat dərslə təmin etməlidir (viza şərtlərində yer almışdır). Bəzi kursların xarici tələbələr üçün xüsusi "viza dil kursları" olur. Onlar bütün şərtləri ödəyirlər. Hətta vizadan rədd cavabı alarsızsa, pulunuzu geri ödəyirlər.
Dil kurslarının saytlarında qeydiyyat forumu olur onu doldurduqdan sonra kurs keçmək istədiyiniz ayların sayına görə sizə "rechnung" və hesab nömrəsi göndərilir. Yalnız ödəniş edilib Çek onlara göndərildikdən sonra sizə qeydiyyat təstiq məktubu göndərilir ki bu da viza sənədlərinin arasına qoyulur.
Milli viza üçün müraciət edəcəksinizsə, Almaniyada bloklanmış bank hesabına ehtiyacınız olacaq. Hesabı dil kursunun qeydiyyat təstiq məktubunu göstərməklə Fintiba bankda asanlıqla Online şəkildə aça bilərsiniz. Səyahət Tibbi sığorta xidmətini də göstərirlər.
Uzun müddətli dil kursu vizası maksimum 12 aylıq verilir. Yalnız hüquqi olaraq əsaslandırma olarsa uzadılma ehtimalı vardır. (§ 16f AufenthG)