Bu sənəd sizə iş yeri tapıb vertrag(müqavilə) bağladıqdan və ya zusage(öhtəlik sənədi)(bəzi landlar sadəcə anmeldungla) sonra dövlətin sizə məhz həkim ixtisası üzrə fəaliyyət göstərmək üçün 2 il müddətinə (nadir hallarda uzadılır) verdiyi icazə sənədidir. Bu sənəd tək başına sizə işləmək icazəsi vermir bununla bərabər Məşğulluq idarəsindən (Arbeitsagentur) Arbeitserlaubnis (ümumi iş icazəsi) də alınmalıdır ki bunu da arxa fonda Berufserlaubnisi Ausländerbehörde-yə (miqrasiya idarəsi) təqdim etdikdən sonra onlar sizin üçün alırlar.
Bütün sənədləri verdikdən sonra sizə FSP imtahanına girə bilməyiniz üçün arayış (Eingangsbestätigung) veriləcək o arayışla (və ya özləri bir başa) Ärzte/Zahnarztekammer müraciət edib FSP (ixtisas dil imtahanı) üçün termin ala biləcəksiz. Yalnız FSPdən keçib müsbət cavabı təqdim etdikdən sonra Berufserlaubnis ala bilirsiniz.
Berufserlaubnis üçün gərəkli olan sənədlər: (Landa görə əlavələr və ya əksiklər ola bilər) - link
Berufserlaubnis sizə Almaniyada iş təcrübəsi qazanmaq üçün eləcə də Approbation imtahana hazırlaşmaq üçün zaman və maddi dəstək olacaq. Bu 2 ili səmərəli istifadə edilməlidir bu müddət ərzində paralel Approbation müraciət etmiş olacağınız üçün ya imtahana girəcəksiz ya da sizi Gutachterə yönləndirəcəklər (istək üzərində) ki sənədləriniz denklik üçün yoxlanılsın.
Qeyd: BE ilə Approbation gərəkli olan sənədlər eynidir əlavə sənədlər lazım olarsa, məmur sizə bildirəcək.