Aşağıdakı sənədlərinizi hazırlamadan dövlət qürumlarından qeydiyyatdan keçmədən təəssüf ki, iş icazəniz olsa belə işə başlaya bilmirsiz. Buraya sizin vergi, sosial nömrələriniz, diş həkimləri/həkimlər palatasından məcbiri qeydiyyat və s. aiddir.
Almaniyada stomatologiya ixtisası üzrə iş tapıb müqavilə bağladıqdan sonra dövlət idarələrində qeydiyyatdan keçməli, bəzi qeydiyyat nömrələri almalısız. Auslanderbehörde`yə Berufserlaubnis aldıqdan sonra Arbeitserlaubnis üçün müraciət etməlisiz
Finanzamt`dan identifikationsnummer (ID-Nr) almalı: Bunu vergidə VÖEN açdırmaq kimi başa düşə bilərsiz. Maaşınızdan tutulacaq vergi bu hesaba yüklənəcək. Adətən Almaniyada evə Anmeldung olunanda bu nömrə avtomatik məktubla sizə gəlir və ya Finanzamt`a şəxsən getməklə ID-Nr. ala bilərsiz. Bu nömrənin kopyasını müdiriyyətə verməlisiz.
Krankenversicherung - Tibbi sığorta nömrəniz, sığortadan qeydiyyatdan keçdikdən sonra üzvlük təstiqi arayışı verilir ki onu da müdiriyyətə verməlisiz. Gesundheitkarte bir müddət sonra ünvanınıza göndərilir.
Rentenversicherungsnummer - Bu pensiya ödəniş nömrəsini Deutsche Rentenversicherung`dan alırsız. DİQQƏT! - Bu nömrəni almış olsanız belə siz həkim olduğunuz üçün bu qüruma deyil 5. bənddəki qüruma pensiyanız ödənilməlidir!
Zahnärztliches versorgungswerk - öncə bu qürumdan qeydiyyatdan keçib üzvlük nömrəsi alırsız. 4. bənddəki Rentenversicherung nömrənizi aldıqdan sonra işə başladığınız ilk 3 ay müddətində (bu müddətin keçməməsinə diqqət edin!) befreiung (azadolma) yazıb Zahnärztliches versorgungswerk`ə pensiyanızın ödənilməsi ilə bağlı ərizə verməlisiz. Bu ərizədə 4. və 5. bəndlərin üzvlük nömrələri tələb olunduğu üçün hər iki qürumdan qeydiyyatdan keçilməlidir.
Bu 3 ay keçərsə ərizə blankını yazıb göndərməzsəm nə olar?! - Bu zaman müdiriyyət məcburən sizin pensiyanı Renterversicherung`a ödəyəcək beləliklə aylar bəzən il keçdikdən sonra dövlət sizi Zahnärztliches versorgungswerk keçməyə məcbur edəcək nəticədə rentenversicherung`a ödənilmiş əvvəlki ayların pulunu siz cibinizdən cərimə kimi Zahnärztliches versorgungswerk`ə ödəməli olacaqsınız. Nəzərə alın ki bu məbləğ ayların sayına görə 300-500 EUR deyil, bəzən 5000-9000 EUR qədər şişə bilir. Bir çox həkimlərimiz bu səhvi buraxdığı üçün yüksək məbləğlər ödəməyə məcbur olub. (Mən tez ayılmışdım 550 EUR ödəməli oldum)
Zahnärztekammer qeydiyyat - Bu qürumdan qeydiyyatdan keçdikdən sonra üzvlük nömrəsi alırsız. Bura üzvlük məcburidir illik rüsum 2 il müddətində olduğunuz Assistent vaxtı 198 EUR, Angestellter Zahnarzt olduqdan sonra isə 504 EUR təşkil edir. (Berlin üçün). Bu qürum sizi Zahnarztausweis (həkim vəsiqəsi) ilə təmin edir.
Kassenzahnärzliche vereinigung (KZV) - Bu qürumdan qeydiyyatdan keçmək məcburidir və Zulassung almadan diş həkimi kimi fəaliyyət göstərə bilmirsiz. Çox zaman bunu sizin üçün qeydiyyatdan keçir. Praxis menecerlə bu barədə söhbət edin ora üçün gərəkli olan sənədləri o sizə deyəcək. Bu qürum sığorta ilə xəstələrə göstərdiyiniz xidmətlərə görə klinikaya ödənişlər edir.
Rechtsversicherung və Berufshaftpflichtversicherung - Hüquq və İxtisas məsuliyyət sığortası bu sığortalar işə düzəlməyiniz üçün məcburi deyil lakin işdə hüquqlarınızın qorunması və sizi qoruma altına aldığı üçün şiddətlə tövsiyyə edirəm. Gələcəkdə müdriyyətlə və şəxsi həyatınızda yarana biləcək hüquqi məsələlərdə yüksək məbləğli vəkil eləcə də məhkəmə xərclərindən sizi qurtaracaq. İxtisas məsuliyyət sığortanız isə istəmədən xəstəyə vura biləcəyiniz ziyandan sizi qoruyacaq. Bunlar olmadan işləmək şəxsi fikrimə görə taleyin ümidinə işləməkdir