Zahnmedizinische/r Verwaltungsassistent/in (ZMV) - Administrator assistenti, Klinikanın inzibati işində yer alır və bu əlavə təhsil üçün ümumi 500 saatlıq dərs alırsız. Klinikanın idarə edilməsi, keyfiyyətə nəzarət, hüquqi, iqtisadi və rabitə-informasiya və kommunikasiya texnologiyaları üzrə mütəxəssis olursuz.
ZFA kollecini diplomu + 1 illik administrativ sahədə təcrübə
Fachkundlicher Nachweis "Praxisverwaltung" (100 saat) - Kursteile III
Təcili yardım kursu („Ausbildung betrieblicher Ersthelfer“)
Röntgen və Şüadanqorunma kursu (Kenntnisse im Röntgen und Strahlenschutz)
Zahnmedizinische/r Verwaltungsassistent/in (ZMV) Aufbaukurs 400 saat
Kimlərə Zahnmedizinische/r Verwaltungsassistent/in (ZMV) ixtisasını seçmək daha uyğundur? Bu ixtisas üzrə daimi fəaliyyət göstərmək istəyən yaxud karyera yüksəlişi Dentale/r Fachwirt/in olmaq arzusunda olanlar.
Zahnmedizinische/r Verwaltungsassistent/in (ZMV) üzrə ixtisasartırmanın qiyməti təqribən 2500,- EUR (Məbləğin klinika tərəfindən ödənilməsi imkanı da olur)