Zahnmedizinischen Fachangestellte (ZFA) - Almaniyada Stomatoloji klinikada orta tibb işçisi kimi işləmək üçün Azərbaycandakı kimi mütləq kollec təhsili (kurs yox!) almış olmalısız. Azərbaycandan fərqli olaraq Almaniyada bu ixtisas üzrə kollec təhsili DUALES-STUDIUM (ikili təhsil) sayılır. Yəni siz həm klinikada orta tibb işçisi olaraq əmək müqaviləsi (maaş alırsız) ilə işləyirsiz (həftədə 3-4 gün) həm də kollecdən (Berufsschule) qeydiyyatdan keçməklə həftədə 1-2 gün dərslərdə iştirak edirsiz.
Stomatologiya ixtisası üzrə orta tibb işçisi olaraq təhsil müddəti 3 ildir. Kolleci bitdiyinizdə yazılı, şifahi imtahanlar verirsiz. Çox yaxşı qiymətlərlə oxuyub imtahanlardan keçməklə təhsil müddətini 2-2,5 ilə qədər azaltmaq mümkündür.
Kollecə daxil olmaq üçün heç olmazsa, Almanca biliyiniz B1 səviyyəsində (yüksək olması arzuolunandır) olmalıdır. Bugün stomatoloji klinikalarda həddindən artıq orta tibb işçisi təlabatı var. Bu da o deməkdir ki, istənilən şəhərdə və ya əyalətdə çox asanlıqla iş tapmaq mümkündür.
Bu təhsil müddəti ərzində işlədiyiniz klinikanın sizə verdiyi maaş nisbətən aşağı olur. Lakin kolleci bitirdikdən sonra Ausgelernte/r (təcrübəli-məzun) olursuz və maaşınızda da artım olur.
Ausbildung məktəbinə (Berufsschule) başlamaq üçün yay və qış semesteri olaraq (Fevral və Avqust) ildə 2 dəfə qeydiyyatdan keçmək mümkündür.
Praxisorganisation (Klinika işininin təşkili): Xəstələrə qəbul vaxtlarının qeyd olunması, müalicə otaqlarının hazırlanması, xəstə sənədlərinin hazırlanması və s.
Behandlungen (Müalicə prosesi): İnstrumentlərin hazırlanması və diş həkiminə müalicədə assistentlik etmək, Röntgen çəkilməsi, diş daşlarının təmizlənməsi və s.
Laborarbeiten (Laboratoriya işi): Alginat ölçülərin alınması, Gibslərin tökülməsi, modellərin hazırlanması, müvəqqəti qapaqların hazırlanması və s.
Büroarbeit & Verwaltung (Ofis və idarəetmə): Klinika materiallarının sifarişi, Laboratoriya ilə əlaqənin təşkili, müalicə sənədlərinin hazırlanması, sığorta və xəstə ilə əlaqələrin yaradılması və s.
Reinigung von Instrumenten & Apparaten (İnstrumentlərin və aparatların təmizliyi): Müalicə otaqlarının təmizlənməsi/dezinfesiyası, alətlərin və müalicə aparatlarının sterilizasiyası.
Bunun üçün Googleda "Zahnmedizinischen Fachangestellte (ZFA) Ausbildung stellenangebote" yazmağınız yetərlidir ki, yüzlərlə elanlara rast gələsiz.
Ya da aşağıdakı iş axtarma saytlarından tapa bilərsiniz.
ZFA sonrası əlavə təhsil alaraq ixtisasınızı artıraraq karyerada yüksəliş əldə edə bilərsiz. Əlavə təhsil müxtəlif kurslarda akademik saatlarla dərslər keçdikdən sonra imtahan verərək ixtisası (Profilaktika assistenti, Dental hygienist və s.) diplomunu ala bilirsiz. Lakin unutmayın əlavə təhsili təşkil edən bu kurslar ödənişlidir (qiyməti 3000-15000 Euro arası dəyişir ixtisasa görə). Əgər bir klinikada uzunmüddətli işləməyi planlaşdırırsızsa, müdiriyyət məmnuniyyətlə sizin təhsilinizi maliyyələşdirməyi üzərinə götürə bilir.