Almaniyadakı azərbaycanlı stomatoloqların inkişafı və təcrübə mübadiləsi məqsədilə Parviz Rahimli tərəfindən 2019-cu ildə yaradılmışdır.

Bu saytda Almaniyada Stomatologiya sahəsi üzrə fəaliyyət göstərməyiniz üçün vacib olan məlumatlar yerləşdirilmişdir. Bəzi bürokratik mərhələlərdə alman qanunlarında olan dəyişiklərə və əyalətlərə görə kiçik fərqlər mövcud ola bilər. Yerləşdirilən məlumatlar Parviz Rahimli və Almaniyadakı digər azərbaycanlı stomatoloqların şəxsi təcrübələrinə əsaslanır.
2019-cu ildən fəaliyyətimiz nəticəsində onlarla stomatoloqun  Almaniyada bürokratik mərhələləri keçməsinə köməklik göstərmişik. Məqsədimiz Almaniyadakı və Azərbaycandakı stomatoloqların birgə fəaliyyətini və ixtisas təcrübə mübadiləsini təşkil etməkdir.  Azərbaycan Səhiyyə sistemində Stomatologiya ixtisasının inkişafı üçün alman elmi protokollarının və standartlarının ölkəmizdə tətbiqinə nail olmaq istəyirik.