Approbation imtahansız almaq mümkündür? - Bəli mümkündür Avropa ölkələrində təhsil almış şəxslərə məhz imtahansız verilir lakin sizin də şansınız var bu sizin təbii haqqınızdır normalda Almaniyada imtahan yalnız dərs saatlarında defiçit olan şəxslərə tətbiq edilir. Sizin də təhsilinizdə bu defiçitlərin olub-olmamasını təyin etmək üçün sənədlərinizin müəyyən ödəniş qarşılığında (1200-2000 EUR) "Gutachter" (Expert) göndərilməsi üçün təklif məktubu alırsız. Bu yoxlanışdan imtina etmək hüququnuz da var. Bu zaman imtahana qeydiyyata düşərək imtahan rüsumunu ödədikdən sonra sizin üçün imtahan günü təyin edilir. Aşağıdakı videoda ətraflı Approbation necə imtahansız alınır o barədə məlumat vermişəm.
Azərbaycanda rəsmi olaraq 5 ildən artıq işləmiş şəxslərin diplomdakı defiçit saatları kompensasiya edərək diplomun təstiqinə nail olması daha rahatdır. Rezidentura və Türkiyədə DUS bitirmiş şəxslərin də şansı yüksəkdir.
Təəssüf ki, Türkiyə və MDBdə (Azərbaycan, Gürcüstan, Ukrayna, Rusiya və s.) yeni məzun olmuş şəxslərin Approbation imtahansız almaq ehtimalı çox azdır. Ehtimallar üzərindən danışırıq çünki Gutachterlər individual olaraq qərarlar verirlər.
Adətən Gutachterə sənədlər getdikdən sonra 2-4 ay içində nəticələr gəlir ya sizə diplomun tanındığı ya da müəyyən defiçitlərə görə imtahana girmə məcburiyyətinizin olduğu ilə bağlı bildiriş alırsız.
Azərbaycan diplomlarında (Universitet fərqi olmadan) tədris planlarında aşağıdakı fənnlər üzrə defiçitlər mövcuddur:
- Ortodontik Stomatologiya
- Ortopedik Stomatologiya
- Stomatoloji radiologiya
- Ahıl şəxslərdə Tibb və Stomatologiyanın tətbiqi
- Farmakologiya və Toksikologiya
Əgər Stomatologiya sahəsində 5 ildən artıq təcrübəyə sahibsizsə, Almaniyada müəyyən Fortbildunglara və Curriculumlara qatılaraq defiçitlərinizi bağlaya bilərsiz. Lakin son qərarı yenə Gutachter verir.
Bəzi şəxslər Azərbaycandan çıxmadan diplomun tanıtmaq istəyir bu da mümkündür lakin əgər uzun illər təcrübəniz varsa bu şansınız daha çoxdur yoxsa rədd cavabı ala bilərsiz. Bu zaman FSP imtahanına girmədən sadəcə sənədlərinizlə müraciət edərək Approbation almağa cəhd edə bilərsiz. Əgər alsanız gəlib Almaniyada işləmək üçün öncə FSP imtahanını verməli olacaqsız. Əks halda sizə Approbation sənədi göndərilməyəcək.
Bəli, "Almaniyada Stomatologiya" qrupundan faydalanan bir çox həkimlərimiz var və aralarında Approbation imtahansız alanlar da var.