2 il davam edir daha çox teorikdir. Müsbət tərəfi işləyə işləyə bitirə bilirsiz(başqa şəhərdə olsa belə), mənfi tərəfi illik haqqı bahadır (18 000 - 30.000€)
Alterszahnheilkunde
Ästhetische Zahnheilkunde
Chirurgie
Endodontologie
Implantologie
Funktionsanalyse und therapie
Kieferorthopedie
Laserzahnheilkunde
Parodontologie
Prothetik
CAD/CAM
Digital Dentaltechnologie
Kinderzahnheilkunde və s.
Bəzi kolleqalarımız Almaniyada rezidentura deyil əlavə təhsil kimi Master (M.Sc.) üstünlük verir. Tədris planının böyük hissəsi 4-6 semenstr olmaqla teorik MODUL`lardan ibarət olan master programları alman və ingilis dilində müxtəlif dövlət və ya özəl Universitetlərdə mövcuddur və imtahansız qəbul mexanizmi var. İngilis dilli masterlər həddindən artıq azdır böyük qismi almanca tədris olunur.
Demək olar Stomatologiyanın bütün sahələrini əhatə edən master təhsilinin üstünlüklərindən işləyə-işləyə təhsilinizi davam etdirə bilməyiniz müxtəlif Professor və doçent heyətindən dərslər və seminarlar görə bilməyiklə ixtisas biliklərinizi artıraq imkanınızın olmasıdır.
Stomatologiyanın hansı sahələri üzrə master keçmək mümkündür?
Nümunə üçün bəzi sahələri sizinlə bölüşəcəm lakin hər sahənin extra bölümləri üzrə də master keçmək də mümkündür məsələn Ordontiya sahəsinin Lingual Ortodontiya bölümü üzrə, Ağız cərrahiyyəsinin İmplantologiya bölümü üzrə və s.
Stomatologie und Radiologie
Notfallmaßnahmen
Rekonstruktive Zahnmedizin
Zahnerhaltung mit Parodontologie
Diagnostik und konservative Paro-Therapie
Kieferorthopädie und Kinderzahnmedizin
Photo-Dokumentation
Zahnärztliche Biomaterialien
Endodontologie und Kariologie
Zahnärztliche Chirurgie
Implantat-Therapie im parodontal-geschädigten Gebiss
Epidemiologie der Zahnkaries
Lasers in Dentistry
Computeroptimierte Zahnheilkunde
Diagnistic Oral Pathology
Hansı səviyyədə dil biliyi olmalıdır?
Alman dili - Çox universitetlər C1 səviyyədə dil biliyi tələb edir.
İngilis dili - məsələn Aachen Universitetinin Laser Dentistry üçün tələb etdiyi ingilis dili səviyyəsi - (Test of English as Foreign Language – TOEFL Internet-based with a minimum score of 90 / IELTS Academic Test with a minimum score of 5.5 / Cambridge Test – Certificate of Advanced English)
Master üçün demək olar bütün Universitetlər 2 il rəsmi iş təcrübəsi tələb edir. Master rüsumu dövlət universitetlərinin az qismində pulsuz çoxunda və özəl Universitetlərdə isə 14,000 - 29,000 EUR ixtisasa görə dəyişir. Stipendiya verən qürumlara da müraciət etmək mümkündür.
Masteri Yarım/Tam gün tədris planı ilə keçmək seçiminiz də var.
Hər Universitetin öz sənəd siyahısı var pis tərəfi odur ki, 90% universitetlər həkimlərdən "Approbation" tələb edir.
Masterlər haqqında ətraflı məlumat üçün bu sayta daxil ola bilərsiz.