Bugün Azərbaycanda alman dili öyrənmək üçün mövcud olan çox güclü kurslar və fərdi hazırlayan müəllimlər var.
Sıfırdan B2 səviyyədə dili nə qədər müddətdə öyrənə və sertifikat ala bilərəm?!
Bu bir çox amillərə görə dəyişir sizi hazırlayan kurs/müəllim tədris metoduna və ya professionallığına yaxud sizin dilə həftədə ayıracağınız zamana eləcə də sizin qarşısınıza qoyduğunuz məqsəd/motivasiya/disiplin görə.
Öncəliklə unutmamaq lazımdır ki, dilin hər səviyyəsinin tədris programınına ayrılmış dərs saatları var.
Təqribi dərs saatları (DS):
A1 səviyyə 70-90 DS
A2 səviyyə 90-100 DS
B1 səviyyə 130-150 DS
B2 səviyyə 180-200 DS
Ümumi olaraq B2 səviyyəyə çatmağınız üçün təqribən 470-540 dərs saatına ehtiyac var. Həftədə dərs buraxmadan düzənli 20 dərs saatı ilə hazırlaşsanız, 6-7 aya B2 səviyyəyə çata bilərsiz.
Əgər alman dilini Almaniyada öyrənmək fikrindəsizsə, heç olmasa Azərbaycanda dili müəyyən səviyyəyə qədər (heç olmasa B1) öyrənmiş olmalısız. Çünki Səfirlikdə dil kursu vizasına müraciət zamanı buna diqqət edilir. Bakıda kurslara getmisiz mi və hansı səviyyədə bilirsiz.