Klinikalara müraciət etdikdən sonra sizi iş görüşlərinə dəvət edirlər. Bu görüşlər Online da ola bilər (Azərbaycandasızsa) normal real görüşlər də ola bilər. İş görüşlərində necə davranmalı, hansı şərtlərə razı olmalı və nəhayət müsbət cavab ala bilməyiniz üçün şəxsi təcrübələrimi aşağıdakı videoda paylaşmışam.
Adətən təcrübəli stomatoloqların işə götürülmə şansları yüksək olur. Əgər yeni məzun olmusuzsa, məsləhət görərdim müəyyən təcrübə qazandıqdan sonra işə müraciət edəsiniz çünki Almaniyada Klinikalarda xəstə çox olur və sürətli işləmə bacarığınız olmalıdır. Kimsənin sizə basis bacarıqları (Plomb qoyma, Endo, sadə diş çəkimi və ortopedik işlər) öyrətmə imkanı olmur. Çünki hər kəsin xəstəsi çox olduğu üçün buna zaman qalmaya bilir. Azərbaycanda ixtisasın elementar bacarıqlarına yiyələnin.
Normalda Almaniyada həftənin 5 günü işləyirsiz. Lakin bəzi klinikalar (xüsusilə ümumi Stomatoloji) həftədə 4 gün işləyə bilir və ya 5 günün 2 gününü (çox zaman çərşənbə və cümə) qısa iş günləri olur. Əgər böyük xəstəxanalarda və ya cərrahi klinikalarda işə düzəlirsizsə, sizi ayın bəzi həftəsonları da növbələrə yaza bilərlər.
İş saatları Vollzeit (tam zamanlı) dediyimiz zaman həftədə 35-40 saat nəzərdə tutulur. İş görüşləri iş saatlarını soruşmağı unutmayın. Bəzi klinikalarda "überstunden" etmək mümkündür. Yəni iş saatından çox işlədiyiniz zaman o saatlar toplanır ya tətil günü götürə bilirsiz ya da maaşınıza saat hesabı məbləğ köçürürlər.
İş görüşləri zamanı Fortbildung və ya Curriculum ödənişlərini qarşıladıqlarını soruşa bilərsiz. Çünki bir çox klinikalar gündəlik işinizdə sizə gərəkli olan mövzular üzrə kursların ödənişlərini ödəyir. Bəzi klinikalar bunun üçün sizə illik ödəniş limiti verir.
İş müqaviləniz bağlandığı zamanı sınaq müddəti verilir bu adətən 6 ay olur və bu müddət ərzində sizin və ya onların bəyənmədiyi ciddi məqamlar olarsa 2 həftə öncədən deməklə müqaviləyə xitam verə bilərsiniz.
Maaşla bağlı saytda ətraflı məqalədə paylaşmışam ancaq ümumi olaraq Assistent həkim stomatoloqların maaşları aşağıdakı kimi dəyişir.
Bugün Assistenzzahnarzt maaşı (BRUTTO)
❌Pis halda: 2000-2500€ arası
⭕Orta halda: 2500-3000€ arası
✅Yaxşı halda: 3000-3500€ arası
⭐ Mükəmməl - 3500-4700€ və üzəri (Blaue karte imkanı)
*Umsatzbeteiligung verən Cheflər 15-25% adətən təklif edirlər