Almaniyada müvəqqəti ixtisas iş icazəsi ilə 2 il işlədiyiniz müddətdə növbəti atacağınız addım, bu zamandan səmərəli istifadə etməklə diplomunuzun təstiqi üçün verməli olduğunuz Approbation imtahana hazırlıq olacaq.
Sizin təcrübəli həkim olmağınız belə bu imtahandan keçmək zəmanəti vermir. Çünki alman universitet programına uyğun teorik və praktik biliklərə sahib olmalısız. Bir tərəfdən də əlinizdə standart imtahan nümunəsinin olmaması vəziyyəti daha da çətinləşdirir.
Ən yaxşı halda imtahana girmiş həkim kolleqaların təcrübələrini sosial şəbəkələrdə paylaşmasından (bunlar protokollar adlanır) aldığımız məlumatlar əsasında hazırlaşıb yalnız 2 dəfə imtahana təkrar girmək şansımızın olduğunun stressi ilə bu yola çıxırıq. Türkiyə denglik imtahanından fərqli olaraq Almaniyadakı eyni məntiqi daşıyan Approbation imtahan bir də praktik tərəfi var ki, 5 saat davam edir və bir çox həkimlərin də ehtiyyat etdiyi məhz bu hissədir.
Lakin Approbation imtahana məsuliyyətlə hazırlaşıb keçən həkimlər də az deyillər. Aşağıda o həkimlərimizin paylaşdığı təcrübə videolarına baxa bilərsiniz.
Yazılı Hisslə (Schriftlich)
Yazılı hissədə sizə 45 dəqiqə vaxt verilir. Bu müddət ərzində sizə təqdim edilmiş xəstənin sənədləri (anamnez, model, Röntgen, PA-status və s.) əsasında ən azı 2 terapiya planı / tövsiyəsi hazırlamalısız.
Teorik hissəyə hazırlıq (Mündlich)
Hazırlıq materialları burada və alman tibb universitet kitabxanalarında əldə edə bilərsiz. Teorik imtahan 1-1.5 saat davam edir.
Hazırlaşmalı olduğunuz mövzular aşağıdakıları əhatə edir:
Untersuchung, Befunderhebung, Diagnose- und Behandlungsplanung
Zahnärztliche Prophylaxe, Zahnerhaltung, Parodontologie
Grundlagen der Kieferorthopädie
ZMK-Chirurgie, ZMK-Krankheiten, Notfallmedizin
Zahnersatzkunde
Zahnärztliches Röntgen Hygiene,
Mikrobiologie Medikation,
Verordnungsweise Rechtsgrundlagen der Berufsausübung
Praktik hissəyə hazırlıq (Praktisch)
Berufserlaubnis ilə işlədiyiniz müddətdə klinikada hazırlaşmaq imkanınız olur amma evdə də bu hissəyə rahat yazırlaşa bilərsiz. Bunun üçün Phantomkopf icarəyə götürməklə hazırlaşa bilərsiz. Online olaraq həkimlərin ən çox istifadə etdiyi Fit4clinic saytı praktik hazırlıqda da sizə yardımı dəyə bilər. Praktik imtahan 5 saat davam edir.
Praktik imtahanda sizə veriləcək tapşırıqlar aşağıdakılardır:
Präparation MOD Kavität an 16, Füllung mit AgAm
Präparation Klasse 3 Kavität, Füllung mit Composite
Wurzelkanalbehandlung an einem natürlichen Zahn mit Röntgenkontrolle
Präparation für VMK an 26, Herstellung Provisorium
Präparation Teilkrone an 36
Wurzelreinigung und –glättung (SRP) OK und UK-Quadrant
Benennung und schriftliche Fixierung der Instrumente für eine Zystektomie oder WSR
Qeyd edim ki, istər praktik olsun istərsə də teorik imtahana hazırlıq müəyyən maddi vəsait tələb edir (kitablar, plastik dişlər, phantomkopf icarələmək, online paket almaq və s.).
Bəzi ədəbiyyatları sizinlə bölüşəcəm lakin yuxarıdakı mövzulara uyğun istədiyiniz kitablardan hazırlaşa bilərsiz.
Schroeder, HE: Orale Strukturbiologie. Thieme 1992
• Praxis der Zahnheilkunde. Urban & Fischer Bände 1 – 14:
Zahnärztliche Untersuchung und Prophylaxe;
Kariologie und Füllungstherapie;
Endodontie;
Parodontologie;
Kronen- und Brückenprothetik;
Teilprothetik; Totalprothetik;
Funktionsstörungen des Kauorgans;
Zahnärztliche Chirurgie; Mund-, Kiefer, Gesichtschirurgie I und II,
Kieferorthopädie I, II und III;
Implantologie;
Kinderzahnheilkunde
• Wolf HF und Rateitschak EM und KH: Parodontologie. Thieme 2004
• Lindhe, J: Clinical Periodontology and Implant Dentistry. Munksgaard 1997 (deutsche Übersetzung)
• Diverse Bücher zur oralen, dentalen Prophylaxe
Bundan başqa imtahana termin aldıqdan sonra sizdən imtahan götürəcək professorların siyahısını alırsız adlarını bildiyiniz professorların Universitetdəki mühazirələrinə qatılmaq imkanınız da var. Bununla onların daha çox hansı mövzulara diqqət etdiyini bilməklə və notlar almaqla imtahana daha rahat hazırlaşa bilirsiz.
Bəzi şirkətlər var ki, imtahanda iştirak etmiş həkimlərin təcrübələrindən ibarət protokol bankı yaradıblar. Onlara müraciət etməklə, imtahan götürəcək professorların adını verirsiz müəyyən məbləğ qarşılığında sizə o professorların ən çox hansı mövzu ətrafında suallar verdiyini sizinlə bölüşürlər. Siz imtahan verib keçdikdən sonra öz təcrübənizi şirkətə yazılı formada verib ödədiyiniz məbləğin bir qismini geri alır həm də sizdən sonrakı həkimlər üçün protokol bankına təcrübənizi əlavə etmiş olursunuz.
Bəzi həkimlər kurslara yazılmaqla daha professional hazırlığa üstünlük verirlər. Kurslar sizi hər şey ilə təmin edir buna imtahan ortamının yaradılması da daxildir.
Stomatologiya üzrə çox az sayda kurs var ki Approbation imtahana hazırlaşdırırlar. Müalicə işindən fərqli olaraq bizim sahədə nəzəriyyədən əlavə materiallara və klinik şəraitə (praktik mərhələ üçün) ehtiyac var. Qeyd edim ki, bəzi kurslar hətta sizə 0-dan Alman dili öyrədir, FSP'ə, Approbation imtahana hazırlaşdırır. Lakin bu kurslar olduqca bahalı olmaqla yanaşı yerlər o qədər məhduddur ki, məni sıraya yazdıqları halda 1,5 ildən sonra kursa çağırmışdılar (iştirak etmədim). Almaniyada dövlətdən yardım alan şəxslər çox asanlıqla bu kurslarda iştirak edə bilirlər çünki onların pulunu dövlət ödəyir. Qəribədir ki, Berlində yerləşən kursda nə qədər təkid etsəm də privat yəni özünüz ödəmək kurs keçmək mümkünsüzdür mütləq dövlətdən yardım almalısız ki dövlət ödəsin. (Bugün mümkündü ya yox bilmirəm)
Başqa Landlarda da bu cür kurslar fəaliyyət göstərir. Sizinlə bir neçəsinin linklərini paylaşacam. Qiymətləri 4000-9000€ arası dəyişir və 6 ay davam edir. Kursda iştirakınız hələ Approbation verə biləcəyinizə zəmanət vermir.
Mənim bu qədər pulum yoxdur özüm necə hazırlaşa bilərəm? - Nəzəri hissəsini kitablardan hazırlaşa bilərsiz. Amma praktik hissə üçün çıxış yolu Phantomkopf kirayələmək (aylıq 100-150€) materiallar alıb evdə və ya BE ilə işlədiyiniz klinika varsa Chefdən icazə alaraq klinikada məşq edə bilərsiz. Bu yolla hazırlaşıb imtahanı verən bir çox tanışlarım var. Yuxarıdakı həkimlərimizin videolarına baxa bilərsiz.