Berufserlaubnis - ixtisas iş icazəsinə müraciət etmək üçün aşağıdakı sənədlərə ehtiyacınız var.
Xarici Passport
Lebenslauf (CV) - Şəkilli, illər arasında boşluqların buraxılmadan doldurulmuş, çıxarılaraq tarix qoyulub imzalanaraq təqdim edilməlidir.
Dil Sertifikatı B2 və ya C1 - TELC, DSH2, TestDaF və ya Goethe İnst. Sertifikatı (Sertifikatlar müddətsiz verilir lakin müraciət edərkən 3 ildən köhnə olmamalıdır.)
Führungszeugnis - Almaniyadan alınan məhkumluq haqqında arayış - bu sənədi yalnız Almaniya ərazisindəsinizsə Bürgeramta təqdim ediləcək Qürumun adresini təqdim etməklə meraiciət edilərək bir başa ora göndərilir və ya 3 aydan uzun müddət Almaniyada olmusunuzsa və hal-hazırda Bakıdasınızsa, Almaniya səfirliyinə müraciətlə əldə edilir.
Ärztliche Bescheinigung - Sağlamlıq haqqında arayış - Almaniya ərazisindəsinizsə, müraciət edəcəyiniz qürumun saytından formuları çıxararaq istənilən Hausarztda yoxlamadan keçərək doldurulmasını istəyə bilərsiz. Azərbaycandasızsa, bəzi landlar özəl klinikaların doldurduğu arayışı da qəbul edir.
Stellenzusage - Almaniya ərazisində yeni tapdığınız klinikanın sizə təqdim etdiyi işə qəbul edəcəkləri ilə bağlı öhtəlik sənədi. Hansı tarixdən, hansı vəzifədə, həftədə nəqədər saat və nə qədər maaş alacağınız qeyd olunur. Bu sənədi Berlin və Mecklenburg landları istisna bütün landlar istəyir.
Einladung zum Vorstellungsgespräch - İş görüşünə dəvət - Bu sənədi əlinizdə Stellenzusage olmadığı halda digər landlar istisna Berlin və Mecklenburg`da qüruma təqdim edərək sənədlərinizi qəbul etdirə bilirsiz.
Meldebescheinigung - Almaniyada ünvan qeydiyyatı - əgər Almaniya ərazisindəsinizsə, bu sənəd qürumlara təqdim etmək üçün sizə gərəklidir. Berlin və Mecklenburg ev qeydiyyatınızla kifayətlənərək iş yeri tələb etmirlər.
Andlı tərcüməçidə tərcümə-təstiq ediləcək sənədlər:
Doğum haqqında şəhadətnamə
Nigah haqqında şəhadətnamə - Bu sənəd daha çox familya dəyişikliyi olduğu halda istənilir.
Məhkumluq haqqında arayış - ASAN xidmətdən 1 iş gününə alınan bu arayışın müddəti 3 aydır.
İnzibati xətanın olmaması ilə bağlı arayış - Səhiyyə Nazirliyinin Kadr Elm və Təhsil şöbəsindən alınan bu arayış 1 ay müddətində verilir və etibarlılıq müddəti 3 aydır.
Diplom və diploma əlavə - tərcümə etdirmədən öncə 5 saylı ASAN xidmətdə Apostil və Leqalizasiya edilməlidir.
İnterna və ya Rezidentura - Bu vəsiqələrin təqdim edilməsi məcburi deyil varsa verilir.
Curriculum - Universitetdən alınır orada təhsil müddətində keçdiyiniz bütün mövzular və saatlar qeyd olunur. Bu sənədi bəzi landlar istəyə bilir.
Əmək kitabçası - Rəsmi təcrübəsi olan həkimlər təqdim etməlidir.
Unbedenklichkeitsbescheinigung (Certificate of good standing) - Bu sənəd öz ölkəsində rəsmi iş təcrübəsi olanlar Səhiyyə nazirliyindən almalıdır. Mənası işlədiyiniz müddətdə sizə qarşı məhkəmə qərarının olmaması peşənizlə bağlı ciddi səhvlərə yol vermədiyinizlə bağlı arayışdır. İnzibati xətanın olmaması ilə bağlı arayışda bu da qeyd oluna bilir.
Beglaubigte Kopie - Sənədlərin Notar təstiqlənmiş kopyası - Əgər Almaniyadasızsa, Bürgeramt'dan termin götürməklə səhifəsi 5€ təstiqlədə bilərsiz. Əgər təcili lazımdırsa, özəl Notar xidmətlərindən istifadə edə bilərsiz bir az baha olsa da terminsiz sürətli etdirmək mümkündür. Bakıda olanlar bunu Almaniya səfirliyində etdirə bilərlər. Sənədlərin Beglaubigte Kopie'si sizə orijinal sənədləri deyil poçtla kopyaların göndərilməsi üçün gərəklidir. Məhkumluq haqqında arayış, inzibati xəta haqqında arayış, Ärztliche Bescheinigung, Lebenslauf istisna heç bir sənədin Tərcümə olunmuş və ya Tam orijinalını poçtla və ya şəxsən dövlət qürumlarına təqdim etməyin!
Yuxarıda qeyd etdiyim sənədlərdən başqa məmurlar sizdən əlavə sənədlər də istəyə bilər. Hər landa məxsus müraciət formularlarının olduğunu saytlardan onları da çıxarıb dolduraraq təqdim etməli olduğunuzu unutmayın.