Hamının yaralı yeri - Almaniyada nə qədər maaş alacam?!
Bu sirri bir tək mən sizinlə bölüşürəm qohumunuzdan belə bu xırdalığı eşidə bilməzsiz ;)
Öncə maaşın Brutto/Netto -dan ibarət olduğunu bilməyənlər üçün qısa məlumat verim.
Brutto - iş müqavilənizdə yazılan ümumi maaş məbləğidir ki, bu məbləğ sizin hesabınıza oturmadan öncə bir çox kəsintilərə məruz qalır. Sizin xeyrinizə olan bu kəsintilər vasitəsilə klinikanın mühasibi hər ay arxa fonda rutin olaraq sağlamlıq sığortanızı, verginizi, və s. ödəyir.
Bu arada Bakıdakı bəzi şirkətlər sizi şirnikləndirmək üçün çox görünən bu maaşı misal çəkirlər :)
Netto - Bütün kəsintilərdən sonra hesabınıza oturan yəni əlinizə keçən təmiz məbləğdir.
Almaniyada istənilən ixtisasın hansı aralıqda maaş aldığını bilmək heç də çətin deyil.
Assistenzzahnarzt maaşı (Brutto)
❌Pis halda: 2000-2500€ arası
⭕Orta halda: 2500-3000€ arası
✅Yaxşı halda: 3000-3500€ arası
⭐ Mükəmməl - 3500-4700€ və üzəri (Blaue karte imkanı)
Qeyd: Bəzən Cheflər BE ilə işlədiyiniz müddətdə əlinizdə Appro olmadığını bəhanə gətirərək az maaş verə bilirlər.
Misal olaraq deyim ki, "Müalicə işi" fakültəsini bitirmiş Assistent həkimdə bu məbləğ brutto 4400€/3500€ netto təşkil edir.
Angestellte/r Zahnarzt/in maaşı
Bəs assistentlik dövrü qurtardıqdan sonra nə qədər maaş alacam soruşsanız - Xəstəsini yığmış assistent klinikaya təqribən aylıq 10.000-12.000€ gəlir gətirdiyini nəzərə alsaq həkim olaraq 20.000€ və ya üstü gəlir gətirmək potensiyalına sahibsiz. Amma qarışdırmayın bu sizin maaşınız deyil(!). Cheflə başda danışığınızdan asılı olaraq. Ya yuxarıdakı maaşı(2500€ brutto) alıb + 10.000€ üzərində klinikaya gətirdiyiniz gəlirin 25%-35% alırsız və ya 4400€-5500€ brutto maaş alıb heç bir faiz almırsız. Fərqli razılaşmalar da mövcuddur.
Məsələn: 1600€ netto sabit maaş hesabınıza oturur bu öz yerində - aylıq klinikaya da 17,000€ gəlir gətirmisiz. 17,000-10,000=7,000€ x 25%=1750€ da gətirdiyiniz gəlirdən Provision alırsız. Ümumi 3350€
Fachzahnarzt (Uzman diş həkimi) maaşı (Brutto)
Weiterbildungsassistent (Rezident assistent)
❌Pis halda: 2500-3500€ arası
⭕Orta halda: 3500-4500€ arası
✅Yaxşı halda: 4500-6000€ arası
⭐ Mükəmməl - 6500-8000€
Rezidentura bitdikdən sonra - >7500€
Evlisizdə Brutto maaşdan çıxılan vergi azalır dolaysı ilə netto maaşınız artır.
Landlara görə ixtisasların maaşın bilmək üçün gehalt.de daxil ola bilərsiz.