Iş tapdıqdan və FSP imtahanını verdikdən sonra Berufserlaubnis (BE) (ixtisas iş icazəsi) alacaqsınız amma bu tək başına sizə Almaniyada işləmək hüququ vermir bunun üçün sizin mərkəzi hökümətdən (Arbeitsagentur) ümumi iş icazəsi də almalısız.
Əlinizdəki, BE, zusage və ya Arbeit vertrag (iş müqaviləsi) eləcə də Arbeitsagenturun bir neçə formularını Chefə doldurdub Ausländerbehörde´yə təqdim edirsiz onlar sizin üçün arxa fonda Bundesagentur für Arbeit müraciət edirlər. Bəzi landlarda bir neçə həftə bəzilərində isə 4-8 həftə (Berlində) sənədlərə baxıldıqdan sonra sizə iş icazəsi verilir.
Lakin burda da çətinliklər qarşımıza çıxır belə ki, bəzi landlarda az yazılmış maaş, əmək bazarında yerli işsiz artıqlığı, sizin "Bundesagentur für Arbeit"dan Zulassung (qəbul, icazə) almağınızı çətinləşdirir. Ona görə də Cheflə müqavilə bağlayarkən maaşınız qeyd edildiyində nüansı diqqətinə çatdırın. Bəzən həmin Chefin öncə yerli işçilər üçün iş elanı verməsi ona lazım olan işçini tapmadığı halda sizi işə qəbul etmək hüququ olduğunu da unutmayın.
Maaşınız nisbətən aşağı olacağı üçün "Bundesagentur für Arbeit"dan Zulassung (qəbul, icazə) almağınız gərəkəcək. Sənədlərini qaydasında olacağı təqdirdə bir çox həkimlərimiz rahatlıqla iş icazəsini ala bilirlər.