Bizim asistent dediyimiz çoxu Bakıda həkimin yanında oturan tibb bacılarının gördüyü köməkçi vəzifəsini yerinə yetirən biri kimi anlasa da Almaniyada bu vəzifənin mənası başqadır. Internatura və ya rezidentura dövründə necə yeni bitirmiş həkimlərimiz nəzarət altında işləyirsə, assistentzahnarztlar da o cür.
§ 3 Absatz 2b Zahnärzte-ZV görə bu assistentlik növü Approbation almış bütün həkim-stomatoloqlar (həmçinin Almaniya və Avropa diplomu olan şəxslər) üçün keçməsi məcburidir. Bu müddət yalnız və yalnız Approbation aldıqdan sonra hesablanır.
§ 3 paragraf 3 Zahnärzte-ZV görə Vorbereitungsassistent müddəti 2 ildir. Əgər bir klinikada 3 həftədən az işləyib çıxmısızsa, bu müddət assistentlik müddətinə hesablanmır.
§ 3 Absatz 4 Zahnärzte-ZV görə əgər digər Avropa ölkələrində işləmisizsə, o zaman bu Vorbereitungs assistentlik müddəti o təcrübəyə uyğun azaldıla və ya ləğv edilə bilər.
Vorbereitungsassistentlər hansısa Angestelte(r) Zahnarzt/-in üzərinə qeyd olunur. Yəni o həkimin nəzarəti altında işləyirsiz. Fərqli 2 klinikada (Teilzeit) və ya yalnız bir klinikada həftədə 40 saatdan çox olmamaq şərtilə bu müddəti bitirə bilərsiniz.
KZV sizə ayırdığı Honorarverteilungsmaßstäbe (HVM) - Tam zamanlı işdə 25% təşkil edir. (Klinikada göstərdiyiniz xidmətlərin sığortadan alınan payı)
Yarı zamanlı işlədiyiniz zaman 12.5% hesablanır.
Yalnız Zahnärztekammer tərəfində vəzifələndirilmiş şəxslərin klinikalarında keçə biləcəyiniz Rezidentura (Fachzahnarztausbildung) müddətində olan vəzifəniz Weiterbildungsassistent/-in (Rezident) sayılır. Bu assistentlik müddəti 3 il olur.
2 illik və 3 illik Weiterbildungsassistent/-in müddəti verən klinikalar var.
KZV sizə ayırdığı Honorarverteilungsmaßstäbe (HVM) - Tam zamanlı işdə 25% təşkil edir. (Klinikada göstərdiyiniz xidmətlərin sığortadan alınan payı)
Yarı zamanlı işlədiyiniz zaman 12.5% hesablanır.
Klinikada hər hansı bir həkimin müəyyən səbəblərdən (xəstəlik, elmi fəaliyyət, şəxsi üzrlü səbəblərdən) işləyə bilmədiyi dövrdə sizi o həkimin yerinə müvəqqəti olaraq Entlassungsassistent vəzifəsinə götürürlər. Lakin çox zaman Approbation tələb olunur.
Berufserlaubnis ilə işlədiyiniz assistentlik müddətidir. BE ilə işlədiyiniz müddət (2 illik verilir) vorbereitungsassistent müddətinə hesablanmır.
§ 32b Zahnärzte-ZV görə bu müddətdə mütləq hansısa Angestelte(r) Zahnarzt/-in üzərinə qeyd olunur. Yəni o həkimin nəzarəti altında işləyirsiz. Fərqli 2 klinikada (Teilzeit) və ya yalnız bir klinikada həftədə 40 saatdan çox olmamaq işləyə bilərsiniz.
KZV sizə ayırdığı Honorarverteilungsmaßstäbe (HVM) - Tam zamanlı işdə 25% təşkil edir. (Klinikada göstərdiyiniz xidmətlərin sığortadan alınan payı)
Yarı zamanlı işlədiyiniz zaman 12.5% hesablanır.
Assistent həkim olduğunuz müddətdə müəyyən üstünlükləriniz olur buna Fortbildung və ya Curriculum kurslarına qatıldığınız zaman ödədiyiniz məbləğdə müəyyən faiz endirimlər. Beynəlxalq konfranslara endirimli qatılma məbləği eləcə də Zahnärztekammer kimi dövlət idarələrinə məcburi üzvlük məbləğində endirim həmçinin məsuliyyət sığortası etdirərsəniz xüsusi endirim tarifi seçə bilirsiz. Cərrahi, Ortodontik və bu kimi ixtisas cəmiyyətlərinə könüllü üzv olmaq istəsəniz onlar da Assistentlərə və tələbələrə Endirimli tarif paketləri təklif edirlər.