Berufserlaubnis üçün tələb olunan sənədləri müraciət etdiyiniz əyalətin dövlət qüruma (Landesprüfungsamt und Anerkennungsstelle für Gesundheitsberufe) göndərirsiz və sənədlərə baxılma müddəti bitdikdən sonra əgər çatışmayan sənədləriniz yoxdursa (bəzi sənədləri Almaniyada olduğunuz zaman verirsiz onlar və FSP imtahan nəticəsi istisna) sizə sənədlərinizin qəbulu ilə bağlı arayış - Eingangsbestätigung alırsız. Orada müraciətinizə baxılması üçün dövlət rüsumu da qeyd olunur hansı ki çox zaman bir həftə müddətində hesablarına köçürməlisiz.
Bu sənədin ən önəmli tərəfi onunla FSP imtahan üçün qeydiyyatdan keçə bilirsiz.