Müxtəlif landlarda FSP imtahanı kiçik dəyişiyiklərlə keçə bilir. Məsələn 2. və 3. hissənin yerə dəyişik olan landlar da var. Almaniyada Stomatologiya facebook qrupumuzun üzvləri bu imtahanı verdikdən sonra imtahanın gedişi haqqında öz təcrübələrini VİDEO`larda bizimlə bölüşüblər.
İxtisas dil imtahanı Almaniyada 2015ci ildən Stomatoloqlara və ümumi həkimlərə tətbiq olunmağa başlamışdır. Alman dili minumum B2 səviyyə olan universitet bitirib diplom almış və Almaniyada Berufserlaubnis'ə (BE) sənədlərini təqdim etmiş həkimlər FSP termini ala bilir. Məlumat üçün deyim ki, BE sənədlərini qəbul edən qürum "Landesamt für Gesundheit und Soziales" (Lageso) sizə FSP terminini verən qürum isə Zahnärztekammer'dır (Diş həkimləri palatası). Bəzi landlarda (misal: Berlin) Lageso sizə Eingangsbestätigung (sənədlərin qəbulu ilə bağlı arayış) verir deyir get özün Zahnärztekammer'dan FSP termin götür bəziləri isə sizin üçün termin götürüb o qürumdan sizə tarixləri deyir.
FSP qeydiyyat üçün gərəkli olan sənədlər:
- Antrag (Müraciət ərizəsi - Zahnärztekammer saytından yüklə doldur və imzala)
- Eingangsbestätigung
- Passport kopya
FSP imtahan qiyməti 450-490 EUR arası dəyişir.
FSP imtahanı 3 hissədən ibarət hər hissəsi 20 dəqiqə davam edir. Qeyd edim ki, imtahanda sizin tibbi biliklərinizi deyil Tibbi dil biliklərinizi yoxlayırlar. Terminlər, xəstə və kolleqalarla danışıb anlamaq eləcə də dokumentation doğru yazma bacarığınıza fikir verilir.
Aşağıda imtahanın hissələri ilə tanış ola bilərsiniz.
20 dəqiqə davam edir ilk hissədə xəstə haqqında ən vacib məlumatlar yer alan blank verilir sizə özünüzü təqdim etdikdən sonra həmin blankdakı xəstə adını və digər məlkumatları bir daha xəstədən soruşmalısız. Xəstə şikayətlərini dinləyib, Anamnez alıb, müalicə taktikanızı onunla bölüşüb (Rentgendə göstərməklə) sualları varsa suallarını cavablandırmalısız. Bu hissədə axıcı danışmalı qarşınızdakı xəstəni tam anlamalı və qeydlərinizi apamalısız.
20 dəqiqə davam edir - Bəzi landlarda A4 vərəqdə bəzilərində isə kompyüterdə xəstədən topladığınız məlumatlar və gördüyün problem diaqnostika, terapiya,rentgen təhlilini müəyyən ardıcıllıqla (hazırlıq vəsaitləri arasında dokumentation nümanunələri mövcuddur) yazmalı, qrammatik səhvlərə yol verməməlisiz. Bəzi landlarda 10-15 tibbi terminin almanca qarşılığını yazmağınızı da istəyə bilirlər.
20 dəqiqə davam edir - Yuxarıda topladığınız məlumatlar əsasında sizdən imtahan götürən şəxslərə xəstənizi təqdim edib, şikayətlərini, rentgendə gördüyün problemləri, dokumentationda da qeyd etdiyiniz müalicə taktikasını və rentgen təhlilini bölüşürsüz. Bu hissədəki danışığınız da axıcı olmalı, tibbi terminlərlə bol olmalıdır. Sizə verilən suallar ətrafında məhz bu cür danışmalısız.
Almaniyanın 16 Landının bir çoxundan FSP (Fachsprachprüfung) eyni qaydalarla tətbiq edilsə də bəzilərində müəyyən kiçik istisnalar mövcuddur. 26/27.06.2014 tarixində mərkəzləşmiş qərar verilərək bütün Landlarda tətbiqi nəzərdə tutulmuş bu imtahana təkrar giriş məhdudiyyəti qoyulmur.
İmtahanın gedişatı ilə bağlı dəqiq rəsmi məlumatı aşağıda istədiyiniz Landı seçərək əldə edə bilərsiz. İmtahanda soruşulan suallar yalnız imtahana girmiş həkimlərin paylaşdığı təcrübələr və qrupumuzdakı materiallar ilə hazırlaşmaqla keçmək mümkündür. Aşağıdakı siyahını internetdən tapılan məlumatlarla tətbiq edilib təəssüf ki bir neçə landlar üzrə dəqiq məlumat tapa bilmədim. İmtahan Rüsumu 300-580 EUR arası dəyişir.
1. Baden-Württemberg - Rüsum 450€ - Qaydalar
2. Bayern - Rüsum 400€ - Qaydalar - İmtahan təcrübəsi VİDEO
3. Berlin - Rüsum 450€ - Qaydalar
4. Brandenburg - Rüsum 395€ - Qaydalar
5. Bremen - Rüsum ? - Qaydalar
6. Hamburg - Rüsum ? - Qaydalar
7. Hessen - Rüsum ? - Qaydalar
8. Mecklenburg-Vorpommern - Rüsum 350€ - Qaydalar - İmtahan təcrübəsi VİDEO1 və VİDEO2
9. Niedersachsen - Rüsum 580€ - Qaydalar
10. Nordrhein-Westfalen - Rüsum 450€ - Qaydalar
11. Rheinland-Pfalz - 300€ - Qaydalar
12. Saarland - Rüsum ? - Qaydalar
13. Sachsen - Rüsum 400€ - Qaydalar
14. Sachsen-Anhalt - Rüsum ? - Qaydalar
15. Schleswig-Holstein - Qaydalar
16. Thüringen - Qaydalar