Almaniyadakı azərbaycanlı stomatoloqların və Parviz Rahimli birgə lahiyəsi
"Almaniyada Stomatologiya" qrupu olaraq qarşımıza qoyduğumuz məqsəd azərbaycanlı stomatoloqların və tələbələrin Almaniyanın daha professional işləyən klinikalarında təkmilləşməsinə təmənnasız dəstək olmaq, ixtisas bacarıqlarının formalaşmasına təkan verməkdir.
Uzun zamandır bürokratik məsələlərdə daim sizin yanınızda olduğumuz kimi bundan sonra da 1 aylıq ödənişsiz Hospitation keçməyiniz üçün şərait yaratmağa çalışacayıq. Bu işdə bizə dəstək verən Almaniyada şəxsi klinikaya sahib azərbaycanlı diş həkimləri öz imkanları və şəraitləri çərçivəsində yalnız məhdud sayda Hospitation yeri təklif edə bildikləri üçün müraciətlər arasından seçimlər edilərək dəvətnamələr göndəriləcəkdir.
2025 ili üçün sənəd qəbulu
Bitmişdir.
Hospitation keçəcəyiniz klinikaların bəziləri azərbaycanlılara məxsusdur lakin danışıq dili Almancadır.
Hospitation müddəti 1 aydır (həftəsonları və bayram günləri istisna).
Alman dili biliyiniz minumum B1 səviyyədə olmalıdır.
AZD cəmiyyətinə üzvlük mütləqdir. (üzv olmaq)
Hospitation müddətində tək başına xəstəyə müdaxilə icazəniz yoxdur. Nəzarətində olduğunuz həkimin müşahiyəti ilə kiçik müdaxilələr istisna.
Hospitation bitdikdən sonra "Hospitation Bescheinigung" klinika tərəfindən veriləcək.
Hospitation müddətində təyyarə bileti, yaşayış və qidalanma xərcləri* sizin tərəfinizdən qarşılanmalıdır.
Bu Hospitation imkanından yalnız bir dəfə istifadə etmə şansınız var.
Seçiləcəyiniz təqdirdə sizdən asılı səbəblərdən iştirakdan imtina etdikdə bir daha müraciətiniz qəbul edilməyəcək.
Hospitation müddətində üzrsüz səbəblərdən klinika davamiyyətiniz yaxşı olmazsa iştirakınızla bağlı "Hospitation bescheinigung" əldə edə bilməyəcəksiniz, davamiyyət heç olmazsa miqrasiya xidmətinə haqqınızda neqativ rəy göndəriləcək.
Azərbaycan vətəndaşlığı - xarici passport
AZD üzvlük nömrəsi - Üzv olmaq üçün DAXİL OL
Bewerbung (şəkil ilə)
Lebenslauf (şəkil ilə)
Alman dili sertifikatı (minumum B1)
Tələbə vəsiqəsi (Tələbələr üçün)
Diplom və diploma əlavə (Məzunlar üçün)
Azərbaycanca motivasiyon məktub (Nə üçün sizi seçməliyik?)
Seçilmiş namizədlərlə online müsahibə aparılacaq.
Sənədləri almaniyada.stom@gmail.com Email adresinə göndərə bilərsiniz.
2025 ili üçün sənəd qəbulu - Bitmişdir.
2024 ili üçün sənəd qəbulu - Bitmişdir
- Valida Quliyeva (Avqust) - Berlin
- Zahra Mahmudova (Avqust) - Berlin
2023 ili üçün sənəd qəbulu - Bitmişdir
- Afsana Suleymanlı (Avqust) - Lehrte
- Lala Nuriyeva (Avqust) - Berlin
- Vafa Mirzayeva (Noyabr) - Berlin
Validə Quliyeva və Zəhra Mahmudzadə - Berlin şəhərinin mərkəzində yerləşən ümumi Stomatologiya üzrə ixtisaslaşmış klinikanın diş həkimi ZA. Vugar Aliyev dəvəti ilə onun nəzarəti aldında Avqust ayında Hospitation keçmişdirlər. Vüqar doktor alman sığorta sistemi ilə uzun illər fəaliyyət göstərən təcrübəli həkim olaraq Hospitantlarımız Validə Quliyeva və Zəhra Mahmudzadə Terapiya, Ortopedik və cərrahi stomatologiya üzrə təkmilləşməsinə dəstək olmuşdur.
Afsana Suleymanlı - 1 aylıq Hospitation dəvətnaməsi ilə Avqust ayında Dr. med. dent. Valeh Mirzabeyli'yə məxsus Tagesklinik für Mund und Kieferchirurgie (Ağız və çənə cərrahiyyəsi) üzrə ixtisaslaşmış Klinikasında praktikasını tamamladı.
Çox mehriban, qonaqpərvər olan müdiriyyət və kollektiv tələbəmizə Hospitation müddətində əməliyyatlarda iştirak etməsi və öyrənməsi üçün imkanlar yaratdı. Son gün klinika və müdiriyyət adından cərrahi ədəbiyyat hədiyyə edərək Hospitation iştirak ilə bağlı sertifikat da təqdim edildi.
Lalə Nuriyeva və Vafa Mirzayeva - Berlin şəhərinin mərkəzində yerləşən ümumi Stomatologiya üzrə ixtisaslaşmış klinikanın diş həkimi ZA. Vugar Aliyev dəvəti ilə onun nəzarəti aldında Avqust/Noyabr ayınlarında Hospitation keçmişdirlər. Vüqar doktor alman sığorta sistemi ilə uzun illər fəaliyyət göstərən təcrübəli həkim olaraq Hospitantlarımız Lalə Nuriyeva və Vəfa Mirzəyevaya Terapiya, Ortopedik və cərrahi stomatologiya üzrə təkmilləşməsinə dəstək olmuşdur.