Stomatologiya "Müalicə işi" fakültəsi kimi çoxşaxəli sahələrdən ibarət olmadığı üçün iş axtararkən seçim şanslarınız çox olmur dolayısı ilə Stomatoloq ixtisası üzrə iş tapmaq digər həkimlərdən fərqli olaraq çətindir. Bundan başqa Stomatologiya ümumi həkimlər kimi çatışmayan ixtisaslar siyahısına daxil olmadıqları üçün bürokratik maneələrdə rast gələ bilirsiz.
Lakin iş axtarmaqla qarşısına məqsəd qoyan bir çox stomatoloqlarımız istər Bakıdan istərsə də Almaniyada olduqları zaman müxtəlif iş görüşlərinə gedərək o işi əldə edə bilirlər. Alman-Rus-Türkcə bilməyiniz və ya nəsə beynəlxalq Kurs keçmiş olmağınız xüsusi təcrübə, elmi dərəcəniz, gördüyünüz elmi işlər, elmi nəşrləriniz və s. kimi üstün cəhətləri olan Stomatoloqlarımızın iş tapma prosesi daha rahat keçir. Əgər yeni təcrübəsiz məzunsuzsa bu mərhələ sizin üçün bir az çətin olacaq.
Ümumiyyətlə vakansiya tapmaq üçün internetə baxmaq kifayətdir. Unikliniklərdə yer tapmaq həddindən artıq çətindir. Ona görə məsləhətim özəl Praxislərə yazmağınız. Böyük şəhərlərə deyil kiçik qəsəbələrdən başlamağınızdır. Çünki kiçik qəsəbələrdə sənədləşmə işi rahat həkim isə azdır. Karyeranızı bir həddə çatdırdıqdan sonra yenə böyük şəhərə gələcəkdə köçə bilərsiz. Amma başda bu riski etməyin.
Azərbaycanda olarkən iş axtarma:
Bu ən çətin yoldur. Açığı Azərbaycanda ola-ola iş tapan çox tanıdığım həkimlər var lakin yüklərlə Email və zənglərdən sonra nəticə əldə etmək olur. Çünki Lebenslaufda AZ. ünvanınızı gördükdən sonra fikirləri dəyişə bilir və ya iş görüşü zamanı bunu bildikdə sizin qarşıda uzun bürokratik yolunuz olduğunu anlayıb rədd cavabı vermə ehtimalları olur.
Firmalar vasitəsilə iş axtaran kolleqalarımız da var amma o firmaların iş prinsipi barəsində heç bir məlumatım olmadığı üçün təəssüf ki, nə qədər güvənilir olduqları barədə heçnə deyə bilməyəcəm. Mən özüm bütün işlərimi özüm həll etdiyimə görə xüsusilə bürokratik məsələlərdə heç kimə güvənmirəm.
Almaniyada olarkən iş axtarma:
Əgər Azərbaycandan iş axtarıb tapa bilmirsizsə və ya hələ iş axtarmağa başlamamısızsa, imkan varsa Almaniyaya digər səbəblərlə (Hospitation/Ziyarət/turist) gələrək iş axtarın. Real olaraq klinikalara sənədlərinizlə getməyiniz sizin iş tapma şansınızı ən az 80% artıracaq. Çünki real olaraq canlı söhbət, sizi görməkləri, ilk təəssüratlar qərar verməklərində mühim rol oynayacaq. Bu üsuldan istifadə edən çox həkim tanışlarım var hamısı da 3-5 iş görüşündən sonra mütləq yer tapırlar. Hətta bir neçə yerdən gələn təklifləri belə dəyərləndirmə imkanınız da olur.
Almaniyada işləyən həkimlərin yardımı
Bu da çox sınanmış yoldur. Bəzi Almaniyadakı həkimlərimiz müxtəlif iş görüşlərinə gedirlər və bəzən bir neçə yerdən müsbət cavab ala bilirlər. Təbii ki, fiziki olaraq yalnız bir klinikada başlayaraq digərlərinə rədd cavabı yazırlar. Əgər Almaniyada bu cür iş görüşünə gedən həkim tanışlarınız varsa və ya qruplarımızda (Almaniyada Stomatologiya) bu cür həkimlərlə əlaqə quraraq rədd cavabı verdikləri klinikalara sizi tövsiyyə etmələrini xahiş edə bilərsiz. Bu yolla işə düzələn çox tanıdığım həkimlər var. Onun əvəzinə sizi işə götürə bilirlər.
İşə müraciətin yolları: Telefon, Skype, E-mail, Poçt, Şəxsən
Telefonla: Zənglə ən yaxşı halda sadəcə vakansiya mövcud olub-olmadığını öyrənə bilərsiz. Termin ala və şəxsən Cheflə görüşmək şansı qazana bilərsiz (Daha çox Almaniyada olanlara aiddir.)
Email: Ən geniş yayılmış müraciət formasıdır. Demək olar bütün Almaniya sənədləri və müraciətləri bu yolla edir. Sənədlərinizi Scan edib Emailə əlavə etməklə Bewerbung məktubunuzu hədəflədiyiniz klinikaya göndərə bilərsiz. Email adress yazılan yerə çoxlu klinika emaili yazıb hamısına spam kimi göndərməyin(!). Bewerbung photonuzu əlavə etməyi unutmayın bu sizin haqqınızda rəy verilməsi üçün böyük amildir. Çalışın Email individual olsun Copy-Paste edib ümumi yazılmış cümlələri klinikalara göndərməyin. Müraciət edəcəyiniz klinika haqqında saytından məlumat toplayıb o barədə də nəsə yaza bilərsiz. Özünüz dil səviyyəniz yaxşı olsa da məsləhət görərdim Bewerbungu professional birinə yazdırın ki səhvlər olmasın. Özünüzü daim öyrənməyə inkişaf etdirməyə həvəsli biri kimi göstərməyinizdə fayda var.
Poçtla müraciət: Bu yolla əsasən Almaniya ərazisində yaşayanlar müraciət edir çünki burada poçt 2-3 günə çatır və sənədləriniz bir başa Chefə çatdırılır. Emaili oxumamaq kimi ehtimal var amma məktub çox zaman açılır. Sadəcə poçtla müraciət edirsizsə, xəsislik etməyin rəngli printerdən, qalın keyfiyyətli kağızlardan istifadə edin. Maliyyətli yoldu bir az.
WhatsApp: Adətən sizin kimi ölkə xaricində olan həkimləri artıq sənədləri göndərildikdən sonra Chef sizi şəxsən online Vorstellungsgespräch etmək istəyərsə bu vasitədən istifadə edilir. Son iş görüşlərimdə bir çox işverənin bu üsul ilə mənimlə əlaqə saxladığının şahidi olmuşam. Çünki bu daha praktik yoldur.
Şəxsən müraciət: Şəxsən gedib sənədləri klinikaya vermək də mümkündür, bu halda sınaq üçün Cheflə görüşmək təklifin də edə bilərsiz əgər uyğun bilərlərsə, nail ola bilərsiz.
İş təkliflərini hansı saytlardan tapmaq olar? - Almaniya üzrə bütün landlarda stomatologiya üzrə iş təkliflərini aşağıdakı saytlarda tapa bilərsiz
https://www.bzaek.de/
https://www.deutscher-zahnarzt-service.de/stellenangebote/zahnarzt