Bəzi həkimlərimizdən Alman dövlət idarələrinin istədiyi Curriculum adlı sənəd ATUdan alınır və orada tədris müddətində keçilmiş bütün mövzular və saatlar qeyd olunur.
Curriculum kursu isə Almaniya ərazisində təşkil olunan və stomatoloqların qatıldığı modullardan ibarət intensiv proqramlı amma yalnız ayda bir dəfə 2-3 gün olmaqla həftəsonları keçirilir və çox zaman 6 ay davam edir. Yəni ATUdan alınan sənədlə heç bir əlaqəsi olmayan bu kursu stomatologiyanın müxtəlif sahələri üzrə keçə bilərsiz.
Dövlət tərəfindən tanınan özəl kursların və ya cəmiyyətlərin (implantologiya, ortodontiya) təşkil etdiyi curriculum`ları istənilən Landda müxtəlif qiymətlərə tapa bilərsiz.
Qiymətləri ixtisasa və verdikləri akademik saata hətta mövzularına görə 2500-8000 EUR arası dəyişir. Əgər həmin cəmiyyətlərdə üzvlüyünüz varsa və ya Assistentzahnarzt dövründəsizsə, sizə ödənişdə 15-25% endirimlər olur.
Bəs bu kursu kimlər keçməlidir?! Məcburiyyət varmı?! - Əgər Bakıda 5 ildən çox rəsmi stomatoloq həkim olaraq təcrübəniz varsa, ixtisasınızla bağlı professional biliklərə sahib olduğunuzu təstiq edən sertifikatlara və bugünə qədər fəaliyyət göstərdiyiniz sahə üzrə əlinizdə gördüyünüz işlərlə bağlı detallı sənədlər varsa, diplomunuzu Almaniya dövlət qürumlarında imtahan vermədən təstiqlətmək fikrindəsinizsə, o zaman diplomunuzdakı çatışmayan saatları bu kursla kompensasiya edə bilərsiz. Məlumat üçün deyim ki ATU diplomlarında "ortodontiya" (Kieferorthopädie) və "ortopediya" (Prothetik) programlarında çatışmayan saatlar var.
Lakin bu kursları keçməyiniz təəssüf ki sizə tam diplomunuzun təstiqlənəcəyi zəmanəti vermir. Bahalı sayılan bu kurslara pul verib keçməklə bir növ şansınızı sınamış olursuz. Əlbəttə öyrənəcəyiniz çox şey olur amma diplom təstiqi ilə bağlı istədiyinizi əldə etməyə də bilərsiz seçim etmək yenə sizə qalır.
Əslində Curriculum məqsədi tam mənada yuxarıda yazdıqlarım deyil bu kursu həkimlər bir növ ixtisaslaşmaq və Punkt (akademik saat) yığmaq üçün keçirlər. Məsələn: Ağız cərrahiyyəsi üzrə 3 illik rezidentura keçmədən ümumi Stomatoloq, implantologiya sahəsi üzrə ixtisaslaşmaq istəyirsə, içində Hand-on kursları da olan Modullardan ibarət İmplantologiya Curriculumu keçməklə işlədiyi klinikada rahat implant qoya bilir hətta 200 ədəd implant yerləşdirən həkim Tätigkeitsschwerpunkt "Implantatprothetik" (İmplantologiya sahəsi üzrə fəaliyyət) üçün müraciət edə bilir.
Bu kursların heç biri məcburi deyil və özünü təkminləşdirmək istəyən hər kəs ödənişin etməklə qatıla
bilər. Hətta Alman diliniz varsa, Bakıdan da müraciət etməklə gəlib iştirak edə bilərsiz.
Əgər artıq diplomunuzu təstiqlətmisizsə, asistent müddətiniz bitibsə, 5 il müddətində 250 Punkt yığmaq məcburiyyətiniz olur ki, bəzən həkimlər az punkt verən kurslar yerinə Curriculum (130-150 punkt) seçə bilirlər.
Curriculum keçmisizsə, gələcəkdə həmin sahə üzrə iş axtararkən sizə köməyi dəyə bilir. Çünki hər Moduldan sonra bütün EU ərazisində tanınan iştirak sertifikatı və yalnız buraxılış imtahanı verməklə buraxılış sertifikatı alırsız.
Kieferorthopädie və Prothetik üzrə Curriculumları çox asanlıqla Googleda yazıb tapa bilərsiz.