Bəzi həkimlərimizin Berufserlaubnis (BE) üçün müraciət etdikləri landı bəzən FSP verdikdən sonra bəzən də artıq BE alıb işlədikləri müddətdə Approbation imtahanın nisbətən rahat keçdiyi başqa landa dəyişirlər.
Bu və ya digər səbəbdən Land dəyişildiyi zamanı nəzərə alınmalı bir çox məqamlar var.
Öncəliklə onu deyim ki, müraciət etdiyiniz hər landın öz bürokratik çətinliyi var. Lakin başda bəzi Landların (NRW, Branderburg, Bayern) daha çətin olduğunu bilirik.
Bu çətinliklərə sənədlərə gec baxılması, məmurların bəzən telefonlara və Emaillərə gec cavab verməsi və ya heç verilməməsi də aiddir. Aylarla uzun çəkən bürokratik gecikmələrdən bezərək landını dəyişənlər də az deyil.
Müraciətlərin çoxluğu səbəbindən olan gecikmələrə Covid-19 pandemiyası da əlavə edildikdə BE alınması 6 aya qədər çəkə bilir. Bu müddət mənim 2014-cü ildə etdiyim müraciət (Berlin) zamanı sadəcə 20 iş günü idi. Hal-Hazırda Berlində 4 aya qədər çəkir.
Əgər hələ ilk dəfə müraciət edəcəksinizsə, lap başdan planınızı BE verilmə müddəti, FSP və Approbation imtahan çətinlik dərəcəsinə görə götür-qoy edin. Çünki sonradan bu səbəblərdən land dəyişdiyinizdə aylarla vaxt itirəcəksiz.
Bəs BE almış hal-hazırda həkim kimi işləyənlər Land dəyişərkən nə baş verir. Bununla bağlı şəxsən tanıdığım bir çox həkimlər var. Bu zaman bürokratik işlər zamanı itirdiyiniz aylarla vaxt sizə əvvəlki landda 2 il müddətinə verilmiş BE`nin vaxtından gedir ki bu da maddi və təcrübə itgisinə səbəb olur.
Bundan başqa land dəyişərkən sənədləriniz çox nadirən sizə təqdim edilir. Əsasən Regierung`lar arası poçtla göndərilir. Sizdən əlavə müddətli sənədlər (Führungszeugnis, SN`dən arayış, ärztlicher bescheinigung və s.) istənilə bilər. Yeni müraciət etdiyiniz Landın Antrag`da əvvəl başqa landda müraiciət etmisiz mi? - Qeydi var.
Tez-tez verilən suallardan:
FSP və Appro imtahanları hansı landlarda rahat və asan keçir?
Bu sualın cavabını bilmək üçün bütün Landlarda bu imtahanlara girmiş olmalıyıq. Təbii bu nə bürokratik nə də fiziki olaraq mümkün deyil. Qeyd edim ki mən Berlində verdiyim imtahanda belə masanın üzərində onlarla situasiya FALL`ları gördüm. bu o deməkdir ki, hətta eyni landda belə eyni FALL təkrar düşmə ehtimalı çox azdır. İnsan amilini də buraya qatsaq sizə veriləcək suallar da individuallaşır. Facebook qrupumuzda müxtəlif landlarda imtahanlara girmiş həkimlərin qarşılaşdığı imtahan suallarını paylaşırıq. Bu suallarla təxminlər irəli sürməklə imtahan materiallarından hazırlaşmaq və imtahandan keçmək mümkündür. Təəssüf ki TUS və ya DUS kimi test bankları mövcud deyil.
Approbation imtahandan kəsilən həkim başqa landa dəyişə bilər mi? - Bəli dəyişə bilərsiz amma unutmayın Almaniya üzrə hansı landa getsəniz bu imtahanı yalnız 2 dəfə təkrar etmək şansınız var.
--- YENİLƏNDİ ---
08.2022 Tarixində WhatsApp, Facebook və Telegram qruplarımızda Almaniyada bürokratik işlər görmüş, imtahanlardan keçmiş və hal-hazırda stomatoloq kimi fəaliyyət göstərən həkimlərimiz arasında anonim sorğu keçirdik. Məqsədim müxtəlif landlarda çətinlik dəyərləndirməsini aparmaq idi. Aşağıdakı sxemdə suallarla və cavablarla tanış ola bilərsiniz.
(Sorğuda 24 stomatoloq iştirak etmişdir. Gələcəkdə yeni həkimlər sorğuya qatıldıqca sxem də yenilənəcək.)