Dentalhygieniker/in (DH) Professional - Dental gigiyenist
ZFA kollecini diplomu + ZMF və ZMP bitirərək diploma sahib olmaq.
Fachkundlicher Nachweis "Prophylaxe" sertifikatına (130 saat) - Kursteile I, II a und II c.
Təcili yardım kursu („Ausbildung betrieblicher Ersthelfer“)
Röntgen və Şüadanqorunma kursu (Kenntnisse im Röntgen und Strahlenschutz)
Dentalhygieniker/in Aufbaukurs 400 saat
Ümumi olaraq DH sonrası 800 saatlıq kurs keçmiş olursunuz.
Dental Hygieniker/in (DH) ixtisasını almış orta tibb işçiləri - Diş həkiminin öz göstərişi və nəzarəti altında diş, ağız və çənə xəstəliklərinin müalicəsində eləcə də Parodontal müalicələrin ön və sonrakı proseslərində cavabdehlik. Professional Profilaktika, Xəstələrin diş əti müalicəsi motivasiyalarının həyata keçirilməsi və s. sahəsində əlavə ixtisaslara malikdir. Bütün müasir avadanlıq və vasitələrdən istifadə edərək, müstəqil olaraq professional diş daşı təmizlənməsi, dişlərin bəyazladılması, uşaqlarda profilaktikanı həyata keçirə bilir.
Kimlərə Dental Hygieniker/in (DH) ixtisasını seçmək daha uyğundur? Bu ixtisas üzrə daimi fəaliyyət göstərmək istəyən yaxud karyera yüksəlişi üçün arzusunda olanlar həmçinin gələcəkdə "Diş həkimliyi" (Zahnmedizin) ixtisası üzrə Universitet təhsili almaq istəyənlər.
Bu ixtisası almaq üçün yazılı/şifahi/praktik buraxılış imtahanı verməlisiz.
Dental Hygieniker/in (DH) üzrə ixtisasartırmanın qiyməti təqribən 9870,- EUR (Məbləğin klinika tərəfindən ödənilməsi imkanı da olur)