Zahnmedizinische Fachassistentin - ZMF - Stomatoloji uzman Assistent
ZFA kollecini diplomu + 1 illik təcrübə və 250 saatlıq Berufspraktikum (Pflichtenheft)
Fachkundlicher Nachweis "Prophylaxe" sertifikatına (130 saat) - Kursteile I, II a und II c. və əlavə Kursteile III
Təcili yardım kursu („Ausbildung betrieblicher Ersthelfer“)
Röntgen və Şüadanqorunma kursu (Kenntnisse im Röntgen und Strahlenschutz)
Zahnmedizinische Fachassistentin - ZMF Aufbaukurs 220 saat
Ümumi olaraq ZFA sonrası 700 saatlıq kurs keçmiş olursunuz.
ZMF ixtisasını almış orta tibb işçiləri - Diş həkiminin öz göstərişi və nəzarəti altında diş, ağız və çənə xəstəliklərinin müalicəsində köməklik göstərən ixtisaslı işçidır. Bundan əlavə baş tibb işçisi kimi yeni gənc tibb işçilərinin klinikadaxili qaydalarında, əlavə təhsillərində və təmilləşməsində dəstək olur.
Kimlərə ZMF ixtisasını seçmək daha uyğundur? Bu ixtisas üzrə daimi fəaliyyət göstərmək istəyən yaxud karyera yüksəlişi üçün Dental Hygieniker/in (DH) olmaq arzusunda olanlar həmçinin gələcəkdə "Diş həkimliyi" (Zahnmedizin) ixtisası üzrə Universitet təhsili almaq istəyənlər.
Bu ixtisası almaq üçün yazılı/şifahi/praktik buraxılış imtahanı verməlisiz.
ZMF üzrə ixtisasartırmanın qiyməti təqribən 7070,- EUR (Məbləğin klinika tərəfindən ödənilməsi imkanı da olur)