Zahnmedizinische/r Prophylaxe Assistent/in (ZMP) - Stomatoloji profilaktika Assistenti
ZFA kollecini diplomu + 1 illik təcrübə və 100 saatlıq Berufspraktikum (Pflichtenheft)
Fachkundlicher Nachweis "Prophylaxe" sertifikatına (130 saat) - Kursteile I, II a und II c.
Təcili yardım kursu („Ausbildung betrieblicher Ersthelfer“)
Röntgen və Şüadanqorunma kursu (Kenntnisse im Röntgen und Strahlenschutz)
Zahnmedizinische/r Prophylaxe Assistent/in (ZMP) Aufbaukurs 170 saat
Ümumi olaraq ZFA sonrası 400 saatlıq kurs keçmiş olursunuz.
ZMP ixtisasını almış orta tibb işçiləri - Diş həkiminin öz göstərişi və nəzarəti altında diş, ağız və çənə xəstəliklərinin müalicəsində köməklik göstərən ixtisaslı işçidır. Profilaktika sahəsində əlavə ixtisaslara malikdir. ZMP diş həkimini profilaktik diş baxımından azad edir. O diş həkiminin nəzarəti altında mövcud olan bütün müasir avadanlıq və vasitələrdən istifadə edərək, müstəqil olaraq professional diş daşı təmizlənməsini həyata keçirə bilir.
Kimlərə ZMP ixtisasını seçmək daha uyğundur? Bu ixtisas üzrə daimi fəaliyyət göstərmək və Dental Hygieniker/in (DH) olmaq istəyən, karyera yüksəlişi arzusunda olanlar həmçinin gələcəkdə "Diş həkimliyi" (Zahnmedizin) ixtisası üzrə Universitet təhsili almaq istəyənlər.
Bu ixtisası almaq üçün yazılı/şifahi/praktik buraxılış imtahanı verməlisiz.
ZMP üzrə ixtisasartırmanın qiyməti təqribən 5640,- EUR (Məbləğin klinika tərəfindən ödənilməsi imkanı da olur)